F-1.az xatırladır ki, ispaniyalı sürücü 2023-cü ilə çox güclü başlanğıc verib və ilk 5 yarışın 4-də podiuma yüksəlib. O, hazırda 75 xalla turnir cədvəlində 3-cü yerdədir.
Fernando Alonso: “Həmilton idmanımızın əfsanələrindən biridir. Avstraliyada yarış ərzində bizi 2 saniyə ayırırdı. Aradakı fərq bütün yarışərzində eyni qaldı. Heç bir zəif yönü yox idi və səhv etmirdi. O, çox çətin sürücüdür. Onu məğlub etmək üçün həmişə xüsusi işlər görməlisiniz. Yəni ki, o mübarizə aparmaq istəyəcəyiniz bir sürücüdür.
Hazırda Maks üçün də eyni şey keçərlidir. Toxunulmaz kimi görünür. Red Bull sürətlidir və səhv etmir. Buna görə də onunla mübarizə aparmaq istəyərəm. Hazırda heç bir zəif yönünü görmək və tapmaq çox çətindir. Lyuis üçün də eyni sözlər keçərlidir. Onları məğlub etmək üçün xüsusi yarış keçirməlisiniz. Bu hal hamıya motivasiya verir”.