F.Alonso: Həmiltona görə məyusam

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Həmiltona görə məyusdur.

F-1.az xatırladır ki, Lyuis Həmilton son dövrədə titulu əldən verib.

Fernando Alonso: “Fantastik oldu. Məncə, Maks onsuz da çempion idi. Kuboku da alaraq bunu rəsmiləşdirdi. Maksın bəxti gətirdi. Təhlükəsizlik maşını çıxmasaydı, Lyuis titulu əldə edəcəkdi. Lakin TM çıxdıqdan sonra Maks çempion oldu.

22 yarışa baxsanız, ikisi də layiq idi. Bu mövsüm ikisinə də kubok düşürdü. İkisi də mükəmməl idi.

Lyuisə görə məyusam. Mövsümün ikinci hissəsində əla sürürdü. Mercedes sürətli idi, amma Valtteri ikinci olmurdu. O performansı Lyuis göstərirdi.

Titulu son anda çıxan təhlükəsizlik maşınına görə itirəndə hamı məyus olar. Daha əvvəl Maksın daha çox layiq olduğunu demişdim. Çünki onun bəxti gətirmədiyi anlar oldu. Yeni çempion həmişə daha maraqlı olur. Maks daha 4-5 titul qazansa, başqa sürücülər daha maraqlı olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*