F.Alonso Həmiltona əhəmiyyət vermir

Alpine komandasının sürücüsü Fernando Alonso rəqibi Lyuis Həmiltonun əsəbləşməsinə əhəmiyyət vermir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü restartdan sonra Medium təkərlərə keçib. Amma tempi çox aşağı olub. O, hər dövrə liderə 3-4 saniyə uduzub. Alpine komandası boliddə problem olmadığını bildirib.

Bu hal ən çox Lyuis Həmiltona təsir edib. O, əzəli rəqibinin arxasında çox vaxt itirib və 8-ci yerə razı olub.

Fernando Alonso: “33 dövrə qalmışdı və təkərin yarışı bitirəcək potensialı yox idi. İki seçim var idi. Ya işlənmiş Hardla davam edəcəkdik ya da Medium götürəcəkdik. İkincisini seçdik, amma ömrü 33 dövrədən az idi. Yarışı bitirməmə təhlükəsi var idi və təkərləri 15 dövrə qorudum. Sonra Okonun cəza aldığını öyrənəndə var qüvvəmlə sürdüm. Həmiltonun hirslənməsi mənim problemim deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*