F-1.az xatırladır ki, Mixael Şumaxer 2000-2004-cü illərdə Ferrari ilə ardıcıl 5 çempionluq qazanmışdı. Lyuis Həmilton isə Mercedes ilə son 6 mövsümdə 5 çempionluq qazanıb.
Hər iki sürücü ilə də çempionluq uğrunda mübarizə aparmış Fernando Alonso rəqiblərinin güclü maşına görə hegemonluq etdiklərini düşünür: “Lyuis yeddinci dəfə çempion ola bilər, bəs səkkizinci dəfə? Bunu bilmirəm. Hamının özünəməxsus xarakteri var. Mixael və Həmilton bolidlərinə görə istədikləri nəticəni qazana bilirlər. Mixael daha intizamlı və hazırlıqlı idi. Lyuisin maşını bir az zəif olsaydı, indiki həyat tərzi ilə uğur qazana bilməzdi. Çünki komanda rəhbərləri ondan narazı qalacaqdılar. Şarl Lekler isə hələ çox gəncdir. Çox istedadlıdır və ilk ilində gözəl çıxış etdi. Ümid edirəm ki, uzun illər yarışar”.