F-1.az xatırladır ki, britaniyalı sürücü 2014-cü ildən bəri mümkün 7 tituldan 6-ı qazanıb. 36 yaşlı pilot bunların əksəriyyətini maşın gücünə heç çətinlik çəkmədən əldə edib. Lakin bu il Ferstappen yeddiqat Dünya Çempionuna əməlli başağrısı olub. Hollandiyalı sürücü 9 yarışdan sonra Lyuisi 32 xal qabaqlaraq, turnir cədvəlində inamla liderlik edir.
Fernando Alonso: “Lyuis heç vaxt məğlubedilməz deyildi. Sadəcə komanda yoldaşlarını məğlub etməyə öyrəşmişdi və indi də bəzən sürətli, bəzən də yavaş bir rəqibi məğlub etməlidir.
İkisi də yüksək səviyyəli sürücülərdir. Mercedes həftəsonu sürətli olanda belə Ferstappen gözəl performans göstərir. Eynilə Red Bull da sürətli olanda Həmilton da sürətini artırır və mübarizə aparır. İkisi də səviyyəsini artırıb və bu, yaxşı haldır”.