F-1.az xatırladır ki, ispaniyalı ikiqat dünya çempionu 2014-cü ilin sonunda Ferrari-dən ayrılaraq McLaren Honda-ya keçmiş, onun yerinə isə Sebastyan Fettel gəlmişdi. 2015-ci ildə Fettel 3 dəfə qələbə qazanarkən, Alonsonun ən yaxşı nəticəsi Macarıstan Qran Prisindəki 5-cilik olmuşdu.
Fernando Alonso: “Bəli, mən bu barədə Ferrari rəhbərliyi ilə danışdım. Bəzi variantlar var idi, amma onlar bunu istəmədi. Rəhbərlik mənə daha 5 il Ferrari-də qalmağı təklif etdi. Amma məni razı sala bilmədilər. Mən də McLaren-ə keçdim. Həmiltonun bu söhbətlərdən xəbəri olub-olmadığını isə bilmirəm…”