F-1.az xatırladır ki, britaniyalılar iki gün əvvəl Honda ilə münasibətləri bitiriblər və cümə günü Renault ilə yeni müqavilənin bağlanması gözlənilir. Beləliklə, ispaniyalı sürücünün də komandada qalması gözlənilir.
Fernando Alonso: “Növbəti mövsümlə bağlı bir neçə alternativim var və hamısının müsbət tərəfləri var. Buna görə də dəqiq qərar verməmişəm. Səbirli olub bir neçə həftə gözləyin. Növbəti mövsümlə bağlı əsas hədəfim yenidən qalib gəlməkdir və qərarımı bunu düşünərək verəcəm. Onu deyə bilərəm ki, Formula1 birinci seçimim olacaq. Hazırda başqa seriyalarda yarışmaq barədə düşünmürəm. Amma burada 12-ci yer uğrunda mübarizə aparmaq istəmirəm. McLaren ilə danışıb qərar verəcəm. Görək necə olacaq”.