F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən ilin sonunda Formula1 karyerasını bitirib. İspaniyalı sürücü Sebring 12 saat yarışı üçün Toyota-nın maşınını test edəcək.
Fernando Alonso: “Yarışa baxmayacam, çünki maraqlanmıram. Amma hər fanat kimi nələr olacağı və komandaların nə edəcəkləri mənə maraqlıdır. Ancaq bu həftəsonu mənimçün əsas Sebring olacaq. Orada 200 mindən çox fanat var. Avstraliya Qran Prisi maraqlı deyil, çünki məni Formula1-dən yaxşı mübarizələr gözləyir. Onlar yarış təşkilatçıları və televiziya kanalları ilə, komandalarla problem yaşayırlar. Hazırda hədəflərim Formula1-dən böyükdür”.