F.Alonso: Hədəfimiz podiumdur

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Avstriyada əsas hədəfləri podiumdur.

F-1.az xatırladır ki, Red Bull Rinq trası Alonso üçün elə də düşərli deyil. O, Şpilberqdə indiyə kimi nə podiuma yüksəlib nə də qələbə qazanıb. LAkin ikiqat Dünya Çempionu bu il 8 yarışda 6 podium qazanıb və hazırda çempionatda 3-cü yerdədir.

Fernando Alonso: “Performans cəhətdən nə gözləyəcəyimi bilmirəm. Bu həftəsonu nə qədər güclü olduğumuzu cümə sərbəst yürüşlərində görəcəyik. Barselona və Kanadada çox fərqli performans göstərdik. Maşın eyni olsa da, hissiyyat fərqli idi. Ancaq bu həftəsonu maşınımızdan maksimumu almağı və podiuma yüksəlməyi ümid edirik. Kandadada 1-ci sərbəst yürüşlər ləğv olunduqdan sonra qısa həftəsonu yaşadıq. Bu gün 1 sərbəst yürüş az olsa da, bəzi şeyləri test etməyi ümid edirik.

Red Bull ilə aramızdakı fərq qapanırmı bilmirəm. Fərqli traslarda nə qədər fərqin olacağını görəcəyik. Kanadadan 2 həftə əvvəl Barselonada Ferstappendən 1 saniyə geri qalırdıq. Bunun trasdan qaynaqlandığını düşünürəm, amma Kanadada yaxşı həftəsonu keçirdik. Ümid edirəm ki, bir az da yaxınlaşarıq.

Ferrari və Mercedes-lə mübarizə aparmaq bizim üçün daha da maraqlı olacaq. Red Bull-un bu il öz liqası var. Buna görə də onlara yaxınlaşmaq üçün hər həftəsonu iki maşınla da xal almaq çox vacibdir. Sözün açığı, bu mübarizədə onlardan öndə qalmağımız inandırıcı deyil. Bəhreyndə mövsümə başlayanda bu qədər güclü olacağımızı gözləmirdik. İndi hər həftəsonundan həzz alırıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*