F-1.az xatırladır ki, ispaniyalı sürücü Belçika yarışına üçüncü yerdən başlayacaq.
Fernando Alonso: “Performansımızdan razıyam. Üçüncü yeri tutmaq gözəldir və yaxşı yerdəyik. Monrealdakı yarışa ikinci yerdən başlamışdım və indi üçüncüyəm. Kanadada çox səhv etmişdik. Təhlükəsizlik maşınından istifadə edə bilmədik və sonda batareyalarla bağlı problem yaşadıq. Ümid edirəm ki, sabah bu yerdən istifadə edə bilərik. Görək nə olur.
Rəqiblərimiz güclüdür. Həmilton və Rassell bizdən arxadadırlar. Xüsusən də Ferstappen sürətlə yaxınlaşır. Hər şeyi başa düşürük və buna görə də realist olmalıyıq.
Realist olmasaq, beşinci və ya altıncı yeri tuta bilərik. Mercedes-in yarış tempi yaxşı olur. Buna görə də sürətli olacaqlar”.