F-1.az xatırladır ki, Honda ardıcıl üçüncü mövsümündə də etibarsız və zəif mühərrik istehsal etmiş və McLaren növbəti dəfə qələbə uğrunda mübarizədən uzaq qalmışdı.
Zek Braun: “Bir ara bəzi iddialar çıxdı ki, Alonso bizə “ya mən, ya da Honda” ultimatumları verib. Lakin belə şey olmayıb. Sadəcə rəqabətədavamlı olmağımızı istəyirdi. Məncə, Honda ilə uğurlu olsaq, qalardı. Yəni məsələ Honda deyildi. Rəqabətədavamlı olmaq idi. Reanult ilə mükəmməl keçmişi var və onları sevir.
Ona rəqabətədavamlı olacağımızdan başqa söz verməmişik. O, hamını hərəkətə gətirir. Boksa girəndə hamı əlindən gələni edir”.