F-1.az xatırladır ki, McLaren sürücüləri Rusiyada 6-cı və 10-cu yerləri tutmuşdular. McLaren komandası inkişaf etməsinə baxmayaraq, digər komandalara nisbətən geridə qalır.
Qarşıdakı İspaniya və Monako yarışları mühərriyə tələbkar traslarda olmadığı üçün McLaren bu yarışlardan xallar qazana bilər.
Fernando Alonso: “Tezliklə daha güclü olacayıq. Get-gedə güclənirik və sürətimiz artır. Performans cəhətdən isə əskikləri həll etməliyik.
İspaniya və Monako traslarında yaxşı nəticələr qazana bilərik. Traslar bunun üçün əlverişlidir. Digər komandalara yaxınıq və ümid edirəm ki, bu iki trasda fərqi bağlaya bilərik.
Hazırkı vəziyyət üçün hədəfimizin xal olması normaldır və buna təəccüblənmək olmaz. Əgər xal itirsək, buna təəccüblənərik.
Yenilikləri nəzarətdə saxlamalı və üzərində işləməliyik. Ümid edirəm ki, sürpriz olar və şənbə və bazar günləri yaxşı nəticələr əldə edərik”.