F.Alonso: “Hamı McLaren-ə gedərdi”

Keçən mövsümün sonunda Formula1 karyerasını bitirən Fernando Alonso bildirib ki, 2015-ci ildə McLaren-ə keçidi böyük qərar olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2014-cü ilin sonunda Ferrari-dən ayrılaraq Honda ilə yeni anlaşmış McLaren-ə keçmiçdi. İkiqat Dünya Çempionu burada 4 mövsüm keçirtsə də, ən yaxşı nəticəsi 5-cilik olmuşdu.

Fernando Alonso: “Məncə, Formula1-də bir qalib olur. Digərləri isə məğlublardır. Bəzən bəxtim gətirmədi, amma kristal kürəniz yoxdursa, doğru qərar vermək çətindir. Hər şey olub-keçəndən sonra danışmaq asandır. Lakin 2010-cu ildə hamı Ferrari-yə gedərdi. 2015-ci ildə McLaren-ə gedəndə hamı bunun doğru qərar olduğunu dedi, çünki Ferrari turbo mühərrikdə zəif idi. McLaren-lə Honda bir il sərbəst işləmişdilər və 2014-cü ildə yarışmırdılar. Buna görə də böyük qərar idi. Yaxşı sözlər eşidirdim və 10 sürücüdən doqquzu bu qərarı verərdi. Peşman deyiləm. Qərarlarımdan razıyam. Burada bircə Həmilton xoşbəxtdir. İkinci, yeddinci və ya 12-ci yeri tutmaq fərq etmir. İki çempionluq və 97 podium qazandım. Çox istedadlı dostlarım oldu. Niko Hülkenberqin hələ podiumu yoxdur. Fettel neçə ildir çempion ola bilmir. Ferstappenlə Rikkardonun isə çempionluqları yoxdur. Heç birinin bəxti gətirmədi. Lakin Formula1 belədir. İspaniyanın şimalından gələrək iki dəfə çempion oldum. Peşman deyiləm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*