F-1.az xatırladır ki, FİA bu ildən etibarən Halonu icbari edib. Lakin ağırlıq mərkəzinə təsir etdiyinə görə komanda rəhbərləri sistemdən narazıdırlar.
Fernando Alonso: “İlk yarışdan sonra hamı bunu unudacaq. Bu, təhlükəsizlik sistemidir. Əgər sürücülərin başını qoruyursa, cihazı müzakirə etmək yersizdir. İndi gözəl deyil. Amma gələcəkdə gözəl görünməsi üçün həll yolu tapıla bilər”.