F.Alonso: Günah məndədir

Alpine komandasının sürücüsü Fernando Alonso sıralanma turundan sonra özünü tənqid edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü İmoladakı sıralanma turunda son sessiyaya keçə bilməyib və 15-ci yerlə razılaşmalı olub.

Fernando Alonso: “Zəif idim. Bu, vriləcək ən bəsit cavabdır. Ancaq özümü yaxşı hiss edirdim. Buna baxmayaraq, finiş xəttinə çatanda onluğa düşmək üçün lazımi nəticəni göstərə bilmirdim. Buna görə də vəziyyəti təhlil edəcəm və təkmilləşməyə çalışacam. Yarış bazar günüdür və xallar onda verilir. Keçən yarış sıralanma turunda güclü olsam da, yarışı vaxtında əvvəl bitirdim. Şənbə günü pis keçsə də, bazar günü xal almaq olur.

Burada ötmə etmək çətindir. Sıralanma turunda yaxşı yerlər tutmaq istərdik. Ancaq sərbəst yürüşlərdə çoxlu qırmızı bayraqlar oldu. Burada çox insident yaşanır. Buna görə də hər fürsəti dəyərləndirməyə çalışacağıq. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*