F.Alonso: “Güclənməliyik”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, bolidin inkişafa ehtiyacı var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışın startında geriyə düşsə də, daha sonra 10-cu yerə qədər yüksəlmişdi. Lakin mühərrik problemi ikiqat Dünya Çempionunu 300-cü Qran Prisində məyus etmişdi.

Fernando Alonso: “Yarışın startı mənim üçün əyləncəli idi. Xüsusən də təhlükəsizlik maşınından sonra iki döngədə 3 rəqibimi keçdim və birdən vəziyyətim yaxşılaşdı. Həftəsonu ərzində çox rəqabətədavamlı deyildik. Amma xal ala biləcəyim yarışda mühərrik problemi yaşamaq pis oldu. Ardıcıl iki yarışda mübarizəni dayandırmaq pis oldu. İnkişaf etməli olduğumuz nöqtələr var. Performansdan başqa etibarlılığın da vacib olduğunu son iki yarışda gördük. Belə xal itirmək olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*