F-1.az xatırladır ki, ispaniyalı sürücü bu ildən “yaşıllar”ın şərəfini qoruyacaq. Bu ikiqat Dünya Çempionunun böyük ehtimalla Formula1-dəki son komandası olacaq.
Fernando Alonso: “Alpine dəftərini bağlayıb, yeni bir motivasiya ilə bu işə başladığım üçün sevincliyəm. Astin Martin-in layihələri, yeni işçi almaları, bazaları və sərmayələri inanılmazdır. Məncə, gözəl günlər görəcəyik”.