F-1.az xəbər verir ki, ikiqat dünya çempionu yeni reqlament 2022-ci ilə təxirə salındığına görə gələn il Formula1-ə qayıtmayacağına işarə edib.
Fernando Alonso: “2021-ci ildə nə edəcəyim mənə az-çox məlumdur. Yaxın vaxtlarda öyrənəcəksiz, indi daha artığını deyə bilmərəm. Həmişə gələn il üçün Formula1-ə qayıtmağımın mümkünlüyü barədə danışmışam, çünki yeni reqlamentlə çox şey dəyişiləcək və özümü yoxlamaq istəyirəm. Bunun bir il təxirə salınması pis xəbər oldu, lakin başa düşmək lazımdır. İndiki vəziyyətdə yeniliklərə uyğun maşın düzəltmək mümkün deyil.
İndyCarda tam mövsüm keçirməyi planlaşdırmıram. Bunun üçün uzun hazırlıq lazımdır. Elə təkcə İndy500 üçün də çox hazırlaşmaq tələb olunur. Bütün mövsüm üçün keçməli olduğum yolları düşünmək belə istəmirəm”.