F-1.az bildirir ki, Fernando yarışda artıq yazda Cənubi Afrika Respublikasında test etdiyi Toyota Hilux ilə yarışmalı olacaq. Onun komanda yoldaşı isə həmyerlisi Mark Koma olacaq. Mark Dakar rallisində KTM motosikleti ilə 5 dəfə qalib gəlib.
Bu, hələ rəsmi məlumat deyil, lakin Alonsonun iyunda WEC çempionu olduqdan sonra dediyi sözləri xatırladırıq: “Əgər Dakar rallisinə qoşulsam, uğur əldə etmək üçün qoşularam. Bu, mənim yarışlara həmişəki yanaşmamdır. Çünki mən harda yarışsam da, çox böyük diqqət görürəm”.