F-1.az xatırladır ki, Fettel 11-ci döngədə Alonsoya hücum etmiş və ispaniyalını tras xaricinə çıxarmışdı.
Fernando Alonso: “Asfaltdan təhlükəsizlik zonası var idi. Buna görə də heç nə olmadı. Amma orada divar olsaydı, ya ora çırpılardım, ya da Fettelə. Amma gələn dəfə böyük ehtimalla belə edəcəm – ona çırpılacam. Məndən daha çox xal itirəcək. Problem yoxdur. Asfalt təhlükəsizlik zonasından istifadə edirsiniz. Bir gün ona vurmalı olacaqsınız. Beləliklə, o öyrənəcək ki, tras hamıya aiddir”.
Fernando Alonso yerində fırlanmasına baxmayaraq, 10-cu ola bilib. İspaniyalı bildirib ki, daha yaxşı nəticə ala bilərmiş: “Daha artığını hədəfləməli idik. Onuncu yerdən başladıq və önümüzdəki rəqiblərin mübarizəni dayandırmasına baxmayaraq, 10-cu olduq. Fürsətləri dəyərləndirə bilmədik. Amma trasın şəraiti çətin idi. Bu gün çox güclü deyildik, xüsusən də, yarışın ilk hissəsində önümüzdəki rəqiblər bizdən uzaqlaşırdı və Bottas mənə hücumlar edirdi. Performansımız zəif idi və inkişaf etməliyik”.