F.Alonso: “Gec sağaldım”

Fernando Alonso bildirib ki, Avstraliyadakı qəzadan sonra gözlədiyindən gec sağalıb...

F-1.az xatırladır ki, Alonso Avstraliyada ağır qəza keçirmişdi və Bəhreyn yarışını buraxmalı olmuşdu. İspaniyalı sürücünü bir yarışlıq Stoffel Vandorn əvəz etmişdi. Amma Alonso Çin yarışından əvvəl FİA-nın tibbi müayinəsindən keçərək yenidən sükan arxasına qayıtmışdı.

Fernando Alonso: “İndi çox yaxşıyam. Məşqlərim yaxşı gedir. Çindən sonra bir neçə gün özümü qəribə hiss etdim, amma on gündür ki, çox yaxşıyam.

Sağalmağım gözlədiyimdən uzun çəkdi. Avstraliyadakı qəzadan sonra tamamilə sağalmağım 42-43 gün çəkdi. Bu normaldır”.

Alonso bildirib ki, Soçi trası Honda mühərrikləri üçün əla test olacaq: “Hər yarış daha da güclənirik, amma bura bizim üçün yaxşı test olacaq. Bu tras mühərriyə tələbkardır.

Soçi təqvimdəki mühərriyə tələbkar olan 4-cü trasdır. buna görə də dögələrdə fərqi bağlamalıyıq.

Sıralanma turunda yarışda istifadə edə bilməyəcəyimiz əlavə gücümüz olacaq.

Əvvəlki yarışlarda sıralanma turunda zəif idik. Buna görə də, həm yarış tempimizi, həm də sıralanma tempimizi inkişaf etdirməliyik”.

Fernando Alonso McLaren Honda-nın builki inkişafından da danışıb: “İşlər keçən ilə nisbətən dəyişib. Gecə ilə gündüz qədər fərqlidir. Artıq rəqiblərimizlə mübarizə apara bilirik.

Çin yarışı yaxşı keçmədi, çünki fərqli strategiyalar və təkərlərin ömrü ötmələri asanlaşdırdı.

Pit-stopdan çıxanda rəqiblərimi döngələrdə asanlıqla ötürdüm. Rəqiblərim təzə təkərə keçəndə isə tərsinə olurdu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*