F.Alonso: “Formula1 doğru yola qayıtdı”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, 2017-ci ildəki dəyişikliklərdən sonra Formula1 doğru yola düşüb.

F-1.az xatırladır ki, təkərlərin 25 faiz enlənməsi ilə asfaltayatma qüvvəsi artıb və bolidlər döngələrə daha sürətli girdikləri üçün dövrəvi nəticələr 5 saniyə yaxşılaşıblar. Amma ilk yarışdan sonra sürücülır bildiriblər ki, sürətlər artsa da, ötmələr çətinləşib.

Fernando Alonso: “Bolidləri sürmək daha əyləncəlidir. Azarkeşlər də bizi izləyəndə həzz alırlar. Formula1 axırkı doğru yola qayıtdı. Amma əvvəlki mühərrik səslərinin və V10 mühərriklərin qayıtmasını istəyərəm.

Trasda bolidin idarəetməsini azca itirsəniz, vəziyyətdən çıxmaq çətin olur. Buna görə də limitdə sürsəniz də, bir az diqqətiniz yayınsa, baryerlərə çırpıla bilərsiniz. Amma digər seriyalardan çox döngə sürətinə sahib olduğumuz üçün xoşbəxtəm. Ümid edirəm ki, vaxt keçdikcə hər şey gözəl olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*