F-1.az xatırladır ki, 1988-ci və 1989-cu illərdə McLaren komandası çox sürətli olmuş və buna görə də Senna və Prost rəqiblərinə böyük fərqlə qələbələr qazanmışdılar. 1992-ci ildə isə Williams bolidinin üstünlüyünə görə Naycel Mənsell rahatlıqla Dünya Çempionu titulunu qazanmışdı.
Alonso hesab edir ki, 80-ci illərdəki mübarizələr insanlar tərəfindən şişirdilir: “Formula1 o dövrlər çox darıxdırıcı idi. Əgər indi 88-ci, 89-cu və ya 92-ci illərə aid bir yarışa baxsanız, yuxuya gedərsiniz. Çünki iki McLaren 3-cü yerdəki sürücünü bir dövrə geridə qoyurdu və bolidlər arasında ən azı 25 saniyə fərq olurdu. Etibarlılıq problemlərinə görə yarışı sadəcə 10 sürücü bitirirdi.