F.Alonso: “FİA məsuliyyətsizlik edib”

Fernando Alonso Monakoda komanda yoldaşı Censon Battonun üzləşdiyi drenaj qapağı problemindən sonra bildirib ki, Formula1-də sürücülərin başının qorunması, doğrudan da, çox vacibdir.

F-1.az xatırladır ki, birinci sərbəst yürüşlərin sonunda Niko Rosberq drenaj qapağının üstündən keçərkən qapaq yerindən çıxıb və arxadan gələn Battonun bolidinə dəyib.

Fernando Alonso: “Bu cür hadisələrin olması qəbul olunmazdır. Belə görünür ki, FİA və bütün məsul şəxslər trası təftiş edərkən bu məsələyə önəm verməyiblər. Hamının təhlükəsizliyini təmin etmək üçün detallar düşünülməlidir.

Bu hadisə sürücülərin başının qorunması ideyasını yenidən düşünməyə bir səbəbdir. Birlikdə bu idmandakı bütün riskləri minimuma endirməliyik”.

Hadisəni yaşayan Censon Batton isə bildirib ki, drenaj qapağı bolidin alt hissəsinə dəydiyi üçün bəxti gətirib: “Bura mükəmməl trasdır və təhlükəsizlik məsələsində yaxşı keçmişləri var. Amma bugünkü drenaj qapağının qopması təəccüblü bir şey idi.

Onsuz da, burada çoxlu təhlükələr var. Qoy, onlar yerində qalsın. Drenaj qapağının açıq kabinəli bir bolidin üstünə gəlməsi çox təhlükəlidir.

Sadəcə bolidi zədələdiyi üçün bəxtimiz gətirdi. Yerə yaxın hissədən dəydi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*