Fernando Alonso: “Fettelin indi hansı hisslər keçirdiyini bilmirəm, amma mən geri dönəcəyimi bilirdim. 2018-ci ildə sonuncu yarışda maşınımın arxa qanadında “Tezliklə görüşərik” yazısı var idi, birdəfəlik vidalaşmırdım. Əvvəlcə 2021-ci il mövsümünü qayıtmaq üçün bir fürsət hesab etdim, çünki yeni reqlament tətbiq olunmalı idi. Formula1-i həmişə sevdim və hiss etdim ki, hər şeyin yeniləndiyi bir vaxtda geri qayıtmaq mümkün olacaq”.
Xatırladaq ki, 2018-ci ildə F1 karyerasına fasilə verən ispan sürücü 2021-ci ildə yenidən peletondakı yerini alıb.