F-1.az xatırladır ki, Sebastyan Fettel rəqibi Daniel Rikkardo ilə podium uğrunda mübarizə apararkən, Alonso Red Bull sürücüsünü önə buraxmış, amma almaniyalı sürücünü ləngitmişdi.
Lakin Alonso yarışdan sonra Fetteli yamsılayıb: “Mavi bayraq, mavi bayraq. Bilmirəm. Televizorda görmədim. Onun daha əvvəl “mavi bayraq” dediyini çox eşitmişik. Böyük ehtimalla, onlardan biri idi. Ciddiyə almıram.
Yaponiyada daha çox mühərrik gücünə ehtiyacımız olacaq. Amma Honda-nın evində gözəl nəticə almaq möhtəşəm olardı”.