F-1.az xatırladır ki, Sebastyan Fettel 2010-cu və 2012-ci illərdə Fernando Alonsonu son yarışlarda məğlub edərək, çempion olmuşdu.
Amma Həmilton bu il almaniyalı sürücüyə qarşı böyük üstünlük qazanıb və son 3 yarışa 66 xallıq fərqlə gedir. Britaniyalı sürücü növbəti yarışda Fetteldən 15 xal az toplasa belə, 4-cü dəfə çempion olacaq.
Fernando Alonso: “Əgər çempionluq uğrunda mübarizə aparmırsınızsa, sizə maraqlı olmur. Çünki sizin mübarizəniz deyil. Amma hazırda Sebastyanın 4, Lyuisin 3 çempionluğunun olması ədalətli deyil. Lyuisin karyerası daha yaxşıdır. Lyuisin 4-cü dəfə çempionluğu qazanması məni sevindirər. Çempionluq saylarının bərabər olması daha məntiqlidir”.