F.Alonso: Ferstappenlə Le Manda yarışmaq istəyərəm

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Maks Ferstappenlə gələcəkdə 24 saatlıq Le Man marafonunda yarışmaq istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2018-2019-cu illərdə Toyota ilə Dünya Dözümlülük Çempionatında çıxış etmiş və burada iki dəfə 24 saatlıq Le Man marafonunun qalibi olmuşdu. İkiqat Dünya Çempionu hazırda üçlü tacı qazanmağa ən real namizdələrdən biridir.

Alonso bu mövsümə də yaxşı başlayıb və ilk 5 yarışın 4-də podiuma yüksəlib. 41 yaşlı pilot bu həftəsonu Monako yarışında qələbəyə real namizədlərdən biridir.

Fernando Alonso: “Əgər bir fürsət olsa, Ferstappenlə Le Manda yarışmaq istəyərəm. Biz çox yaxşı iki dostuq və həmişə əlaqə saxlayırıq. Əgər bir dəfə də 24 saatlıq Le Man yarışına çıxsam, Maks Ferstappenlə yarışmaq istəyərəm.

Maşını komanda yoldaşlarınıza verib dincəlməyə gedəndə bilməlisiniz ki, maşın ən yaxşı sürücünün əlindədir. Bu mənim üçün şərəf olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*