F-1.az xatırladır ki, Lyuis Həmilton əksər titullarını rəqibsiz bolidlərlə qazanıb. Ferstappen isə qazandığı iki titulda rəqibləri ilə mübarizədə olub. O əvvəlcə Lyuis Həmiltonu, bu il isə Lekleri məğlub edərək, titula yiyələnib.
Fernando Alonso: “Lyuisə böyük hörmətim var. Lakin ancaq komanda yoldaşınızla mübarizə aparıb yeddi dəfə çempion olursunuzsa, işlər bir az dəyişir. Belə çempionluqların dəyəri bir az aşağı olur.
2005 və 2006-cı illərdə mövsümə yaxşı başladım. Sonra rəqiblərimiz gücləndilər və buna baxmayaraq, fərqi qoruyaraq çempion oldum. Bu titulları qazananda komanda yoldaşlaırmla mübarizə aparmadım. Maks da heç vaxt Çeko ya da Alekslə mübarizə aparmayıb.
Şumaxer ardıcıl beş dəfə titul qazananda komanda yoldaşı ilə mübarizə aparırdı. Həmilton da Rosberq və Bottasla mübarizə apardı. Belə olan halda işlər dəyişir”.