F-1.az xatırldır ki, ispaniyalı sürücü Niderland yarışına 5-ci başlasa da, finişə ikinci yerdə çatıb və Kanadadan sonra ilk dəfə podiuma yüksəlib.
Aston Martin bu həftəsonu yeniliklərlə gəlmişdi və belə görünür ki, onlar yaxşı işləyirlər. Bu il 7-ci dəfə podiuma yüksələn Fernando Alonso bildirib ki, maşın rəsmən uçub: “Startdakı yağışa görə çox gərgin yarış oldu. Çox sürətli idik, amma bir ya da iki dövrə trasda çox qaldıq. Yarışın startında pitə daha tez gələ bilərdik, amma yenə də liderlə eyni dövrədə getdik.
Maşın bu gün uçurdu. Çox rəqabətədavamlı və sürmək asan idi. Belə hava şəraitində maşına güvənmək yaxşıdır və ona sona qədər güvəndim. Buna görə sürməkdən həzz aldım.
Yarışın son restartınd Maksa hücum etməyi düşündüm, amma səhv edəcəyimi düşündüm və ikinci yerdə yarışı bitirməyə qərar verdim.
Bütün azarkeşlərə təşəkkür edirəm. Zandfortda həmişə ab-hava fərqli olur. Bu tras 2021-ci ildə təqvimə qayıdanda burada podiuma çıxacağımı düşünmürdüm, çünki o vəziyyətdə deyildim.
Bu yarışda diqqətli olmalı idik. Çətin yarış idi, amma bura çox xüsusi trasdır. Tribunadan gələn enerjiyə görə diqqətimizi qoruya bilirik. Maksa görə çox xoşbəxtəm. Hamını təbril edirəm”.