F-1.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Alonso sabiq komandası Ferrari ilə danışıqlar aparıb və bəzi şərtlər müzakirə edilib. Bəzi iddialara əsasən, Flavio Briatore sevimli sürücüsünü Ferrari-yə qaytarmaq üçün əlindən gələni edir.
Flavio Briatore: “Fernando gələn il ya Mercedes-ə, ya da Ferrari-yə keçməlidir. Futbolda 10 güclü klub var. Messinin seçim şansı daha çoxdur. Formula1-də isə sadəcə 3 komandada yarış qazana bilərsiniz”.
Xatırladaq ki, ispaniyalı sürücü 2010-2014-cü illərdə Ferrari-də yarışımış və Sürücülər Çempionatında 3 dəfə ikinci olmuşdu.