F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 6-cı yerdən başlayıb və startdakı qarışıqlığa baxmayaraq, yerini qoruyub. Yarışın sonlarında isə Niko Hülkenberqin pitə getməsi ilə beşinci yerə yüksəlib və yarışı bu mövqedə bitirərək, 4 xal qazanıb. Onun komanda yoldaşı Ləns Stroll isə 4-cü olaraq, 5 xal qazanıb.
Aston Martin Sprint yarışından 9, Ferrari 6, Mercedes 1 xalla ayrılıb.
Fernando Alonso: “Xoşbəxtəm, çünki belə çəyin şəraitdə ən yaxşı halda beşliyə düşə bilərdik. Bunu da etdik. Düzülüşdə keçid təkərlərini götürdük, çünki trasın nə qədər yaş olduğunu bilmirdik. Daha sonra yarışın sonlarında quru təkərlər keçib-keçməməyi düşündük. Biz keçid təkərlərində davam etdik. Yarışın sonunda nə olacağını bilmirdik.
Dördüncü və beşinci yerləri tutduq. Ferrari-dən 3, Mercedes-dən 8 xal çox topladıq. Aston Martin üçün yaxşı şənbə günü idi.
Bu gün yenə çətin gün olacaq. Quru havada keçən yarışda Ferrari yenə sürətli olacaq. Əgər bu gün yenə Mercedes və Ferrari-dən daha çox xal toplasaq, bizim üçün gözəl bazar günü geridə qala bilər”.
Qeyd edək ki, bu gün Avstriyada əsas yarış olacaq. Yarış Bakı vaxtı ilə saat 5-də başlayacaq.