F-1.az xatırladır ki, Fernando Alonso 2010-2014-cü illərdə Ferrari-də yarışmışdı və iki il əvvəl komandadan ayrılmışdı. Alonso 5 illik Ferrari karyerasında 3 dəfə vitse-çempion olmuşdu.
Ferrari komandası bu mövsüm keçirilən 12 yarışda nə poul, nə də yarış qazana bilməyib və hazırda mühəndislər kubokunda 3-cü yerdə qərarlaşıb.
Amma Fernando Alonso buna görə sevinmədiyini bildirib: “2014-cü ildə oradan ayrılmağın doğru olacağını düşündüm və haqlı idim. Ferrari ilə 2 illik müqaviləm olsa da, oradan ayrılmağın doğru olacağını düşündüm. Orada yaxşı vaxt keçirtdim və hər şey qaydasında olanda ayrılmaq istədim. Nəticə nə olursa-olsun, 2015, 2016 və ya gələcəkdə…
Hər il stress artırdı. Qazana bilmirdik və bu sizin səhviniz kimi görünmürdü. Hazırda onların qazana bilməməsi məni rahatlndırmır. Ferrari-nin problem yaşamasını istəmirəm, çünki onlar həmişə qəlbimdə olacaq”.
Alonso bildirib ki, Mercedes-in hegemonluğuna ancaq McLaren son verə bilər: “Üçüncü dəfə çempion olmaq istəyirəmsə, ya Mercedes sürməliyəm ya da McLaren Honda. Mən belə düşünürəm”.