F-1.az xəbər verir ki, son yarışlarda Red Bull-dan da geri qalan komanda Kanadaya gətirəcəyi böyük yeniliklərə ümid edir.
Komandanın sabiq pilotu Fernando Alonso isə ilk 6 yarışda qələbə qazana bilməyən Ferrari-nin keçən mövsümdən daha yaxşı vəziyyətdə olduğunu bildirib: “Ferrari bu il daha güclüdür. Keçən il 3 yarışda qalib gəlsələr də, Mercedes AMG ilə aralarındakı fərq böyük idi. Ferrari hər şeyi düz edir, amma Mercedes AMG çox güclüdür.
2014-cü ildə hibrid mühərriklərə keçərkən fərq o qədər çox idi ki, hələ də əriməyib və davam edir. 2017-ci ildə tətbiq ediləcək yeni reqlamentlə birlikdə Ferrari-nin çox güclü olacağına əminəm”.