F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakoda qələbə uğrunda mübarizə aparsa da, İspaniyada builki ən pis həftəsonunu keçirib. 41 yaşlı pilot doğma publikası önündə sıralanma turunda 8-ci olub. O, yarışda da geridə qalaraq, 7-ci yeri tutub.
Fernando Alonso: “Hazırda nə baş verdiyini bilmirik. Ən zəif yarışımız olduğu üçün yaşanan hadisələri təhlil etməliyik. Ancaq ən çətin həftəsonumuzda belə Ferrari-dən çox xal topladıq. Mercedes-ə bir az uduzduq, amma Kanadada bunları kompensə edə bilərik.
Bolidə gətirilən yeniliklər belə yaxın peletonda həmişə vacib olacaq. Mercedes Monakoya və buraya böyük yeniliklərlə gəldi, amma Kanada və Silverstouna biz yeniliklər aparacağıq. Buna görə sakitəm.
Tempimiz yox idi. Ən böyük problem bu idi. Problem bəxtsizlik ya da səhv strategiya deyildi. Məncə, Mercedes-ə nisbətən yavaş idik. Soft təkərdə yavaş idik, Hard təkərdə yavaş idik. Alpine və AlphaTauri-yə köklənib, Ferrari ilə mübarizə apardıq. Mercedes bu həftəsonu daha güclü idi”.