F.Alonso: “Fərqli strategiya yoxlamalı idik”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, təkərlərlə bağlı oynadıqları qumar tutmayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Almaniya yarışında xal uğrunda mübarizə apararkən, yağışın yağması ilə keçid təkərlərinə keçib, ancaq trasın tez quruması nəticəsində yenidən pitə qayıdaraq UltraSoft təkərləri götürüb.

Fernando Alonso: “Yağış görən kimi zərləri atdıq. Əvvəl yağış sürətli idi. Biz də artacağını düşündük, amma belə olmadı. Quru havada yağış təkərlərini tez aşındırdıq. Yenidən pitə gəlib quru tərlərinə keçməli oldum. O andan etibarən yarışım bitdi. Xal zonasından uzaq olduğumuz üçün fərqli strategiyalardan istifadə etməli idik. Ancaq qumarımız tutmadı. Yarışın sonunda isə komanda bolidi saxlamağımı istədi. Deyəsən, nəsə gördülər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*