F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn il Aston Martin-də yarışacaq. Lakin “yaşılların” çempionluq uğrunda mübarizə aparmayacağı hamıya məlumdur.
Fernando Alonso: “İşimi sevirəm. Təbii ki, titul uğrunda mübarizə aparan maşınımın olmasını istəyərəm, amma yoxdur. Aston Martin-lə hədəflərimə 2-3 ildə çata bilərəm.
Bu yaşlarda vaxt amili vacibdir, çünki vaxtım qalmayıb. Çempionluq uğrunda mübarizə aparmaq ehtimalım 1 faiz olduğu halda yarışmağa davam edəcəm. Əgər bunu sürücü kimi bacarmasam, onda başqa işlər görərəm”.