F-1.az xatırladır ki, “yaşıllar” İspaniya yarışından sonra əvvəlki kimi çıxış edə bilmirlər. Onlar Ferrari və Mercedes-ə tempdə uduzurlar. Düzdür, komanda Kanadada yaxşı performans göstərdi, amma Avstriya və Britaniyada yenidən geridə qalıb.
Britaniya komandası doğma publikası önündə sıralanma turunda 9 və 13-cü yerləri tutublar. Lakin Alonso 9-cu yerdən razı deyil.
Fernando Alonso: “Təbii ki, heç vaxt 9 və 13-cü yerləri almaq sizi xoşbəxt etməz. Builki ən yaxşı sıralanma turu deyildi. Hansı sahədə daha yaxşı ola bilərdik? Bunu görmək asan deyil. Bəlkə, 0.1 saniyə sürətli ola bilərdik. Yəni ki, ən yaxşı halda elbonu keçə bilərdik, amma bundan artığı mümkünsüz idi.
İşləməyə davam etməli və nəyə görə sıralanma turunda geridə qaldığımızı anlamalıyıq. Barselona, Avstriya və Silverstounda sıralanma turu çox pis keçdi. Bu traslar bir-birlərinə bənzəyirlər. Nəyə görə belə traslarda geri qalırıq araşdırmalıyıq.
McLaren son yarışlarda sürətlidirlər. Bu yerə layiqdirlər Sürətlidirlər və inkişaf edirlər. Onlar üçün sevinirəm. McLaren məncə, keçən il də Avstriya və Silverstounda güclü idi. Çempionatda orta yerlərdə idilər. Bu il də xüsusi traslarda sürətlidirlər.
Biz Budapeşt və Spa yarışlarından sonra yay tətilində özümüzü yeniləyib, harada olduğumuzu görəcəyik. Məncə, əsl dəyərləndirməni Əbu Dabidə edək”.