F.Alonso ən güclü rəqibinin adını deyib

Karyerası ərzində Mixael Şumaxer, Kimi Rəykkönen, Censon Batton, Lyuis Həmilton, Sebastyan Fettel və Niko Rosberq kimi çempionlarla yarışan Fernando Alonso ən çətin rəqibinin yeddiqat Dünya Çempionu Şumaxer olduğunu deyib.

F-1.az xatırladır ki, Alonso 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titulunu qazanmış və bunlardan birini Şumaxerə qarşı yarışaraq əldə etmişdi.

Fernando Alonso: “Birini seçmək həmişə çətin olub. Amma bir adam adı çəksəm, bu, Mixael Şumaxer olar. Səbəbi yoxdur. Formula1-ə gələndə Mixael hegemonluq edirdi. Kartinqdə yarışarkən televizorda onun qələbələrini görürdük. Lakin Şumaxerlə təkər-təkərə mübarizə aparıb qalib gəlmək fərqli hissdir. Buna görə də belə mübarizələr xüsusi və emosionaldır. Məncə, bizim nəsil ən istedadlı nəsil idi. Çünki indiki sürücülər hazır vəziyyətdə gəlirlər. Simulyator və fərqli sürücü proqramlarına sahibdirlər. Formula1-ə gəlirlər və iki il ərzində gözlənilməz səviyyəyə çatırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*