F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerası ərzində Tarso Markes, Aleks Yun, Yarno Trulli, Jak Vilnöv, Cankarlo Fisikella, Lyuis Həmilton, Nelson Pike, Roman Qrojan, Felipe Massa, Kimi Rəykkönen və Censon Batton kimi sürücülərlə komanda yoldaşı olub. 35 yaşlı sürücü artıq iki mövsümdür ki, Battonla komanda yoldaşıdır, amma gələn ildən etibarən Alonsonun komanda yoldaşı Stoffel Vandorn olacaq.
Fernando Alonso: “Mənim ən güclü komanda yoldaşım böyük ehtimalla Batton idi. Hər cür trasda və şəraitdə sürətli ola bilir. Boliddən çıxdıqdan sonra isə yaxşı insan olur. Özünü gördüyü işə həsr edir. O, mühəndislərlə çoxlu vaxt keçirir və hamı ilə arası yaxşıdır. İl ərzində də fiziki cəhətdən güclü olur. Məncə, o ən yaxşı komanda yoldaşımdır”.