F-1.az xatırladır ki, İndyCar seriyasında sıralanma turu Formula1-dən fərqlənir və iki gün ərzində baş tutur. Şənbə günü McLaren Honda komandasının sürücüsü Fernando Alonso minimum proqramı yerinə yetirərək ilk doqquzluğa düşmdüşdü.
Bazar günü keçirilən sıralanma turunda ispaniyalı sürücü nəticəsini bir qədər də yaxşılaşdıraraq yekun protokollarda 5-ci yerə yüksəlib. Beləliklə, Formula1 üzrə ikiqat dünya çempionu debüt etdiyi yarışa ikinci cərgədən start verəcək. Xatırladaq ki, yarış Monako Qran Prisi ilə eyni gündə olduğu üçün Alonsonu komandada Censon Batton əvəz edəcək.
Sırlanma turunun ikinci gününü aşağıdakı videodan izləyə bilərsiniz…