F-1.az bildirir ki, McLaren komandası bu il Renault mühərriklərinə keçməsinə baxmayaraq, ilk 3 yarışda düzlük sürətinə görə çox geridədirlər.
Fernando Alonso: “Bakı bizim üçün çox çətin traslardandır. Güc cəhətdən məhdudiyyətimiz var. Belə görünür ki, bu il də düzlüklərdə zəifik. Ümid edirəm ki, bunu dəyişdirə bilərik. Fərqli fəlsəfəmiz var. Cümə günü bunu reallaşdıra bilsək, əlavə temp qazana bilərik. Bu il hələ sıralanma turunun son sessiyasına qala bilməmişik. Məncə, Bakıda da çətin olacaq”.