F-1.az xatırladır ki, ispaniyalı sürücü ABŞ-da finişə 7-ci çatsa da, aldığı cəza ilə 15-ci olmuşdu.
Fernando Alonso: “Bu il ən yaxşı yarışım olmasa da, ən yaxşı yarışlarımdan biri idi. Bütün yarış ərzində sıx mübarizə apardıq və sonda Norrislə mübarizəmiz oldu.
McLaren-lə Mühəndislər Kubokunda dördüncülük mübarizəsi verdiyimizi düşünsək, bu vacib idi. Yarış yaxşı başladı və təhlükəsilzik maşınından faydalandım. Daha sonra Strolla qəza etdim. Buna baxmayaraq qanad və təkərləri dəyişib yolumuza davam etdik.
Sırada Meksika yarışl var. Ostindən sonra Meksikaya keçmək üçün vaxtınız az olur və yarışın adrenalini hələ də üzərimizdədir. Yenə də mübarizəyə hazırıq və problem yaşamasaq, xallar qazana bilərik.
Əminəm ki, Mühəndislər Kubokundakı dördüncülük mübarizəsi son yarışa qədər davam edəcək. Hazırda əsas hədəfimiz yarışları ən yaxşı formada bitirməkdir”.