F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakoda sıralanma turunun son sessiyasında divara çırpılıb. O Mirabödə təkərlərini bloklayaraq, təkər bariyerlərə dəyib. Buna baxmayaraq, ikiqat Dünya Çempionu yarışa 7-ci yerdən başlayacaq.
Fernando Alonso: “Yaxşı sessiya idi. Üçüncü sessiyada iki dəst təkərim var idi, çünki ilk sessiya gözlədiyimdən asan keçmişdi.
Beşinci ola bilərdim, çünki ilk cəhdimdə orada idim. Ancaq son cəhdimdə dövrəni tamamlaya bilmədim. Diqqətim yayındı və əyləcə gec basdım. Qaçış zonasına çıxa bilərdim. Düşündüm ki, döngəni dönərəm, amma bacarmadım.
Komandadan üzr istədim, çünki bu səhv büdcə limitinə təsir edəcək. Özümlə fəxr etmirəm. Yarışda yaxşı performansa ümid edirəm”.