F-1.az xatırladır ki, sabiq Formula1 sürücüsü Dəvidson 2013-cü ildən etibarən Toyota ilə LMP-1-də çıxış edirdi və 2014-cü ildə Sebastyan Buemi ilə çempionluq qazanmışdı. Amma bu ildən etibarən britaniyalı sürücünü Fernando Alonso əvəz edəcək.
İspaniyalı sürücü bu ili 7 nömrəli TS050 Hybrid-in sükanı arxasına keçəcək və Buemi ilə Nakacimanın komanda yoldaşı olacaq. 8 nömrəli Toyota-da isə Mayk Konvey, Kamui Kobayaşi və Xose Maria Lopes yarışacaqar.
Dəvidson isə komandanın ehtiyat sürücüsü olacaq və Formula1-lə eyni gündə olan yarışda Alonsonu əvəz edəcək.
Toyota komandasının rəhbəri Hisatake Murata: “Fernando WEC üçün debütantdır, amma uzun illər qazandığı təcrübəni komandaya gətirəcək. Hamımız onunla işləyəcəyimiz üçün həyəcanlıyıq. Peşəkarcasına davranışına görə Əntoniyə də təşəkkür edirəm. O, bizim heyətimizin vacib üzvüdür və bu il işi çox olacaq”.