F-1.az xatırladır ki, ispaniyalı sürücünün Daytonada istifadə edəcəyi dəbilqə İndy500-də istifadə etdiyi dəbilqəni xatırladır. Lakin İndianapolisdəki dəbilqə qara idi, bu isə ağ rəngdədir.
Dəbilqənin üzərində Alonsonun öz markası olan Kimoa-nın loqotipləri vurulub. Arxa tərəfdə isə Daytona trasının xəritəsi təsvir edilib. Bundan başqa İspaniya bayrağında olan sarı və qırmızı, Alonsonun anadan olduğu Asturiya əyalətinin bayrağındakı mavi rəng də dəbilqənin üzərində öz əksini tapıb.