F-1.az xatırladır ki, ispaniyalı sürücü bu ilin may ayında İndy500 yarışında iştirak etmiş və mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Fernando Alonso: “McLaren-də qaldığım üçün sevincliyəm. Son 3 ildə zəif olsaq da, münasibətimizi yaxşılaşdırdıq. Gələn il bu vəziyyəti dəyişmək istəyirəm. Artıq Avstraliya Qran Prisinə hazırlaşırıq. Ümid edirəm ki, gələn il Ostində podium uğrunda mübarizə apararıq.
Amerika yarışlarında bacardığım qədər çox iştirak etmək istəyirəm. İndy500 əla idi və ən yaxşı yarışlarımdan biri oldu. Yanvarda 24 saatlıq Daytona marafonunda yarışa bilərəm. Bunu etmək əla olar”.