F-1.az xatırladır ki, ispaniyalı sürücü avtoidmanın “üç tac”ını qazanmaq istəyir. Buna görə də keçən ilin mayında İndy500-də yarışmışdı. 36 yaşlı sürücü bu il 24 saatlıq Le Man marafonunda çıxış etmək istəyir və ona görə də Daytona yarışında iştirak etmək ona önəmli təcrübə qazandıracaq.
Fernando Alonso: “Yarışmaq üçün Amerikaya qayıtmaq və amerikalı fanların önündə çıxış etmək mükəmməldir. 8 ay ərzində ikinci əfsanəvi yarışda iştirak edəcəm və buna görə fəxr edirəm. Həmişə fərqli seriyalarda özümü sınamaq istəmişəm. Daha güclü sürücü olmaq üçün buna ehtiyacımız var”.