F.Alonso daha çox xal istəyir

Alpine komandasının sürücüsü Fernando Alonso ilk dəfə yarışacağı Portuqaliyadan xallarla qayıtmaq istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sonuncu İmola yarışında 10-cu olaraq, qayıtdıqdan sonra ilk xalını qazanıb.

Fernando Alonso: “İmola hamımız üçün çətin keçdi. Yaş və quru şəraitdən başqa qırmızı bayraq çıxdı. Elə bil ki, bir gündə üç yarış keçirdik. Mövsümöncəsi testlərin məhdud olduğunu və ilk yarış olan Bəhreyndə 32 dövrə vurduğumu nəzərə alsaq, İmolada çox şey öyrəndim. Hər həftə daha çox şey öyrənirəm və bolidə öyrəşirəm. Yeni komandaya keçəndə həmişə bolidə öyrəşmək üçün vaxt lazım olur. Mən bolidə tez öyrəşmək üçün maksimum gücümü ortaya qoyuram.

Portimao yarışı tamamilə fərqli olacaq. Burada sürmək əyləncəlidir. Müasir Formula1 bolidləri ilə buradakı eniş-yoxuşlarda sürmək həyəcanverici olacaq. Burada daha əvvəl yağışlı havada test sürüşü etmişdim. Buna görə də trasa öyrəşmək vaxt aparacaq. Lakin çətinlikləri sevirəm. Bu həftəsonu daha çox xal almaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*