F-1.az xatırladır ki, ispaniyalı sürücü daha əvvəl iki dəfə qalib gəldiyi Monakodakı sıralanma turunda 17-ci yeri tutub və ilk sessiyada mübarizəni dayandırmalı olub.
Fernando Alonso: “Boliddə özümü yaxşı hiss eləmədim. Boliddən maksimumu almağa çalışırdım. Monakoda ilk sessiya trafikə görə çətin idi. Belə hallar heç də yaxşı deyil. amma ilk sessiyada uduzmağımızı səbəbi qətiliklə bu deyil. Zəif idik. Bütün həftəsonu ərzində geridə qaldıq. Monakoda gözləntimiz böyük idi. Çox zəif çıxış etdik. Yarış çətin olacaq. Komanda bu poblemləri həll etməlidir”.